Asif Bağırova 1,3 min manat maliyyə sanksiyası tətbiq edildi
27 Aprel 2012 19:00 İqtisadiyyatMəlumat verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsi, ev 3, mənzil 31 ünvanında Asif Bağırova məxsus mağazada müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satılması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Asif Bağırova 1,3 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.