270 kiloqrama yaxın mal keyfiyyətsiz çıxdı
13 Avqust 2012 19:02 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Xətai rayonunda - Zığ şosesi, ev 3A ünvanında Elşən İsmayılova məxsus mağazada saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunmuşdur. Səbail rayonunda -Ə.Yaqublu küçəsi, ev 12 ünvanında Mirqabil Nağıyevə məxsus mağazada; Sabunçu rayonunda -Bakıxanov qəsəbsi, Sülh küçəsi, ev 33 ünvanındakı "Gilavar market"də; Nəsimi rayonunda -L.Tolstoy küçəsi, ev 156 ünvanında yerləşən "Oskar market"də; -S.Rəhimov küçəsi, 195 ünvanında Əli Quliyevə məxsus mağazada; -M.Qaşqay küçəsi, ev 1A ünvanında İlham Məmmədova məxsus mağazada; -R.Rza küçəsi, ev 31 ünvanında yerləşən "Ucuz market"də saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanmışdır. Naftalan şəhərində -Ş.Qurbanov küçəsində Famil Mustafayevə və Akifə İsgəndərovaya məxsus mağazalarda; Sumqayıt şəhərində -Novxanı yolu, Sahil zolağında Ehtibar Məmmədova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilmişdir. Masallı şəhərində -M.C.Talışxanov küçəsində Alim Şahbazova məxsus mağazada; Quba rayonunda -1-ci Nügədi kəndində Mayis Əlibəyova məxsus mağazada; Tərtər rayonunda -N.Nərimanov küçəsində Ələddin Fərəcova məxsus mağazada; Göyçay şəhərində -N.Nərimanov küçəsində Elvin Hüseynova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkar edilmişdir.
Ümumilikdə, monitorinqlər zamanı 270 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.