İş yerləri ixtisar olunacaq

Kanadanın smartfon istehsalçısı Research In Motion (RIM) şirkəti növbəti iki həftə ərzində 3 minə yaxın iş yerini ixtisar edəcək.  
İyunun sonunda şirkət cari maliyyə ilinin sonunadək 5 min iş yerinin ixtisar ediləcəyini elan edib. Göstərilən 3 min yer bu ixtisar çərçivəsində həyata keçiriləcək.
Bu tədbirlər, gözlənildiyinə görə, istehsalçıya illik əməliyyat xərclərini 1 milyard dollaradək azaltmağa kömək edəcək.
RIM yeni nəsil BlackBerry 10 əməliyyat sisteminin bazası əsasında işləyən ilk smartfonun buraxılışını cari ilin ikinci rübündən 2013-cü ilin əvvəlinə keçirib. Bu, analitiklər arasında məyusluğa səbəb olub və bunun nəticəsi olaraq şirkətin səhmlərinin dəyəri azalmaqda davam edir. ("OLAYLAR") 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31