47 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq

2012-ci il sentyabr ayının 4-də keçiriləcək pul hərracında 47 səhmdar cəmiyyətin  səhmləri satışa çıxarılacaq. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, sözügedən səhmdar cəmiyyətlərinin siyahısı Komitənin rəsmı saytında əksini tapıb. Həmin səhmdar cəmiyyyətlər respublikanın müxtəlif rayon və şəhərlərini əhatə edir.  Satışa çıxarılacaq bir səhmin nominal qiyməti 2 manat təşkil edir. Səhmlərin ilkin satış qiymətinin 10 faizi həcmində hesablanmış behin məbləğı isə 204,04 manatdan başlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31