Azərbaycan 135 ölkə ilə ticarət əməliyyatı aparıb
13 Avqust 2012 12:38 İqtisadiyyat2012-ci ilin yanvar-iyun aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 135 xarici dövlətlə ticarət əməliyyatları aparıb. Bu barədə Dövlət Stattistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, xarici ticarət dövriyyəsi 22167,6 milyon ABŞ dolları təşkil edib ki, onun 4460,0 milyon dolları idxalın, 17707,6 milyon dolları ixracın payına düşüb. Qeyri-neft məhsullarının ixracı 776,0 milyon dollar dəyərində olub və 2011-ci ilin yanvar-iyun aylarının səviyyəsini 6,2 faiz üstələyib. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (84,9faizi) İtaliya, İsrail, Fransa, İndoneziya, Rusiya Federasiyası, Türkiyə, Amerika Birləşmiş Ştatları, Almaniya, Hindistan, Çin, Bolqarıstan, Böyuk Britaniya, Gürcüstan, Yunanıstan, Ukrayna, Tayvan(Çinin əyaləti), Sinqapur, Tailand və Cexiya Respublikası dövlətləri ilə aparılıb.