Bu nədir?
10 Avqust 2012 20:09 İqtisadiyyatBakı bulvarının yeni salınmış hissəsində, dənizin içinə doğru uzadılmış körpünün üzərində qeyri-adi tikili ucaldılıb. Publika.Az-ın məlumatına görə, yüngül konstruksiyalardan qurulmuş tikili dənizin içində, sahildən təxminən 350-400 metr məsafədə yerləşir. Artıq ərazidə iri mayak quraşdırılıb və bu mayak gecə saatlarında ətrafa işıq siqnalları verir.Yeni tikilən dairəvi binanın adı "Laighthouse"dur (İşıq evi). Bina kənardan nisbətən kiçik görünsə də, çox böyük və genişdir. Tikilinin fəaliyyət istiqaməti hələlik dəqiq bilinməsə də, Bakının ümumi görünüşünə xüsusi rəng qatacağı indidən məlumdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31