ARDNŞ-nin büdcəyə ödənişləri kəskin artıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2012-ci ilin iyul ayında dövlət büdcəsinə 117 milyon 551 min manat vəsait ödəyib.Şirkətdən "Azadinform"a verilən məlumata görə, ümumiyyətlə, 2012-ci ilin yanvar-iyul aylarında büdcəyə 791 milyon 643 min manat ödənib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 106 milyon 306 min manat və ya 115,5 faiz çox olub.
Bundan əlavə, cari ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 705 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyul ayına nisbətən 2 milyon 168 min manat və ya 118,8 faiz çoxdur. 2012-ci ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 91 milyon 473 min manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 492 min manat və ya 118,8 faiz çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31