Veb-analitika üzrə konfrans keçiriləcək

8-9 noyabr 2012-ci il tarixlərdə Moskvada (Rusiya) veb-analitika və İnternet-marketinqin səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuş sayca ikinci konfrans keçiriləcək. "Инфопространство" mərkəzində baş tutacaq tədbirdə İnternet-marketinq və veb-analitika sahəsi üzrə ekspertlər, həmçinin Rusiyanın iri şirkətlərini təmsil edən İnternet-marketoloqlar və digər mütəxəssislər çıxış edəcəklər. lenta.ru saytının məlumatına görə, konfransın əsas məruzəçiləri qismində İnternet-marketinq və veb-analitika üzrə dünyada tanınmış ekspertlər - Brayan Ayzenberq və Ceffri Ayzenberq çıxış edəcəklər. Tədbirin əsas müzakirə mövzusu veb-analitika alətlərinin xülasəsi və onlardan istifadə qaydaları. API alətləri; sayt və tafikin konversiyası; onlayn+oflayn. Riyaziyyat və alqoritmlər. "Mürəkkəb" veb-analitika və s.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31