22,5 milyon cərimə
10 Avqust 2012 17:27 İqtisadiyyatİnternet nəhəngi olan Google şirkəti Safari brauzerinin istifadəçilərinin şəxsi məlumatlarını topladığına görə cərimə olunub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir iddia ilə ABŞ Federal Ticarət Komissiyası məhkəməyə müraciət etmişdi. Google şirkəti 22,5 milyon dollar cərimə ödəməyə razılıq verib. Bundan əlavə Google şirkəti həmin qeyri-qanuni sazlamanı ləğv edəcəyinə də söz verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31