Nokia şirkəti aktivlərini satmaqda davam edir
10 Avqust 2012 13:01 İqtisadiyyatFinlandiyanın Nokia şirkəti aktivlərini satmaqda davam edərək maliyyə vəziyyətini yaxşılaşdırmağa və diqqətini özü üçün daha mühüm olan istiqamətlərə - Windows Phone smartfonlarına və Series 40 bazasında ucuz telefonlara yönəltməyə ümid edir. Müxtəlif mobil texnologiyaların işlənib hazırlanmasında ixtisaslaşan ABŞ-ın Vringo şirkəti Nokia-ya məxsus 500 patenti almasını açıqlayıb.
Patentlərin kommunikasiyaların idarə olunması, siqnalın ötürülməsi və mobil rabitə infrastrukturu texnologiyaları ilə əlaqədar olması barədə məlumat verilir. Alqı-satqının dəyəri ictimaiyyətə bildirilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31