Azərbaycan qazının Avropaya tədarükündə "Şahdəniz"in əsas tərəfdaşları da iştirak edə bilərlər
9 Avqust 2012 19:35 İqtisadiyyat"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə əsas tərəfdaşlar Azərbaycan qazını Avropaya daşıyacaq boru kəmərinin hər bir hissəsində iştirak etmək niyyətindədirlər. Bu barədə Trend-ə "BP-Azerbaijan" şirkətindən bildiriblər.
Konsorsium üzvlərinin iştirak etmək niyyətində olduqları layihələrə Cənubi Qafqaz boru kəməri, Trans Anadolu (TANAP) qaz kəməri və Trans Adriatik (TAP) qaz kəməri/"Nabucco West" daxildir.
BP, SOCAR və "Total" TAP ilə qısa bir zaman üçün maliyyələşməni təmin edən müqavilə imzalayıblar. Bu, TAP-a imkan verəcək ki, "Şahdəniz" ixrac marşrutunun 2013-cü ilin ortalarında olacaq yekun qərarınadək layihəni irəlilədə bilsin.
Maliyyələşmə müqaviləsinə, həmçinin "Şahdəniz" səhmdarları üçün TAP-da 50 faizədək pay götürmək variantı daxildir.