Türkiyənin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan avqustun 13-də Bakıda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin görüşündə iştirak etmək üçün gələn həftə Azərbaycana gələcək. Bu barədə Trend-ə cümə axşamı nazirin müşaviri Cevdet Kaleci bildirib. Çağlayan birgünlük səfəri zamanı bir sıra görüşlər keçirəcək və türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf yollarını müzakirə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31