Ötən ay BTC ilə 2,1 milyon ton Azərbaycan nefti nəql olunub

2012-ci ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 120 min 627 ton Azərbaycan nefti nəql olunub. ARDNŞ-dən "Azadinform"a verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 17 milyon 888 min 544 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il avqust ayının 1-nə qədər BTC-yə 193 milyon 669 min 186 ton neft vurulub. Bundan başqa, cari ilin iyul ayında BTC kəməri ilə 232 min 277 ton Türkmənistan nefti nəql olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31