195 saylı telefon məlumat xidmətinə 28976 müraciət daxil olub

2012-ci ilin iyul ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 28976 müraciət daxil olub. Bu barədə nazirliyin Analitik-informasiya şöbəsindən  "Olaylar"a verilən məlumata görə,  müraciətlərin 13959-u müfəttiş-operatorlar tərəfindən canlı rejimdə, 15017-si elektron operator tərəfindən avtomatik rejimdə cavablandırılıb. Bundan əlavə, mesaj xidməti vasitəsilə 200249 vergi ödəyicisi məlumatlandırılıb  ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 dəfə çoxdur. Hesabat dövründə vergi ödəyicilərindən daxil olan müraciətlər sırasında elektron xidmətlərlə (25,4%) və vergi ödəyicilərinə göndərilmiş mesajlarla bağlı müraciətlər (13,1%), vergi növləri (12,3%), qeydiyyat  prosesi (11,2%), hesabatlar və onların doldurulma qaydaları (10,6%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (9,8%)  barədə məlumatların əldə edilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Hesabat dövründə sual xarakterli müraciətlərin 98,9%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılıb, 1,1%-i barədə isə müvafiq araşdırılma aparılması üçün sual vərəqəsi tərtib edilib. 72 müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31