Ermənistan iqtisadiyyatı iflic olur

Ağır iqtisadi vəziyyət erməniləri ölkədən qaçmağa məcbur edir!

İşsizlik erməniləri ölkədən didərgin salır. Ağır iqtisadi vəziyyətə dözə bilməyən Ermənistan vətəndaşları ölkəni tərk edirlər. Miqrantların əsas üz tutduqları Fransada isə qeydiyyata düşə bilmədiklərindən ermənilər bu ölkədən də çıxarılır. Səbəbi isə Fransaya son zamanlarda Ermənistan vətəndaşlarının kütləvi axınıdır. "Hər il orta hesabla Ermənistanı 30 min nəəfər tərk edir, bu səbəbdən də ölkədə narazı olanların sayı azalır!" jurnalistlərin sorğusuna cavab olaraq analitik Samvel Manukyan deyib. "Ermənistanda əhalinin 37.4 faizi yaşayış səviyyəsindən narazıdır, 40 faizi isə pis yaşasa da taleyi ilə barışıb!" sosioloji sorğusu İPSC Siyasi və Sosioloji Məsləhətləşmələr İnsitutu tərəfindən aparılıb. Analitik Samvel Mankunyanın sözlərinə görə ölkədən çıxa bilməyən ermənilərin maddi vəziyyəti buna imkan vermir. Sorğunun sonunda gəlinən nəticəyə görə ölkədə yaxşı yaşayanlar ümumi əhalinin 10.3 faizini təşkil edir. Bunun da əsas səbəbi ölkəni tərk edən Ermənistan vətəndaşlarının sayəsindədir. Bundan az əvvəl isə prezident Serj Sarkisyan Ermənistan Hava Yolları Şirkəti "Armavia" və ölkədə təbii qaz satışı ilə məşğul olan "ArmRos Qaspromu" Rusiyaya satmaqla bağlı qərar qəbul edib. Rusiyaya məxsus olan "Qazprom" şirkətinin hissəsi olan "ArmRos qasprom"un yalnız 10 faizi Ermənistana məxsusdur. Bununla bağlı Rusiya Federasiyası ilə Ermənistan arasında müqavilə bağlanacağı təqdirdə bu Ermənistan iqtisadiyyatının iflic olmağı deməkdir! Bəzi siyasi dairələrin təpkilərinə məhəl qoymayan Serj Sarkisyan hər iki şirkəti satmaqla ölkənin Rusiyaya olan borcunun bir hissəsini qaytarmaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31