Qatarların hərəkət sürəti artırılacaq
8 Avqust 2012 18:03 İqtisadiyyat"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu barədə Nəqliyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı müəyyənləşdirilib və işlər "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Məlumatda o da bildirilir ki, "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları tərəfindən həyata keçirilən əsaslı təmir işlərini Çexiyanın "İxrac" bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.