Dünya bazarında neftin qiyməti qalxıb. Lent.az-ın "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, qiymət ABŞ-dakı makroiqtisadi məlumatlar fonunda yüksəlib.
Nyu-Yorkdakı "NYMEX" birjasında WTI markalı neftin qiyməti 0,43 dollar qalxaraq 104,55 dollara çatıb. Londondakı "ICE" birjasında isə Brent markalı neft 0,80 dollar bahalaşaraq 119,92 dollara çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31