Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru maliyyə naziri ilə görüşüb

Maliyyə naziri Samir Şərifov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,  tanışlıq xarekteri daşıyan görüşdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, Dünya Bankı tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin, o cümlədən kənd təsərrüfatı, səhiyyə, infrastruktur və digər sahələri əhatə edən layihələrin hazırki icra vəziyyəti və ölkə üzrə iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub. Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanmış, Azərbaycanda son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31