75 metrdən hündür binaların tikilməsi qadağan edildi

"OLAYLAR" Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva hökuməti şəhərdə hündürmərtəbəli binaların tikilməsi qaydalarını hazırlayıb. Qaydalara əsasən köhnə Moskva ərazisində 75 metrdən hündür binaların tikilməsi qadağan olunub. Moskva meri Sergey Sobyanin bildirib ki, hündür mərtəbələrə qadağada məqsəd  şəhər landşaftının qiymətli özünəməxsusluğunu qoruyub saxlamaqdır. Öz növbəsində merin müavini isə qeyd edib ki, hündürmərtəbəli binaların tikintisinə qadağa yalnız köhnə Moskva ərazisində qüvvədədir. Qadağa hazırda artıq həyata keçirilən layihələrə şamil olunmayacaq. Bundan başqa istisna olaraq bəzi binaların hündürlüyü 75 metri keçə bilər 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31