“Meh” kafesi hərraca çıxarılacaq
7 Avqust 2012 17:52 İqtisadiyyat4 sentyabr 2012-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikanın şəhər və rayonlarında bir sıra kiçik dövlət müəssisə və obyektləri hərraca çıxarılacaq. Hərraca şıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı Komitənin rəsmi saytında dərc olunub. Bunlar Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 241 ynvanda yerləşən "Azon" zavodunun II növbəsinin istehsalat sahəsi və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, 110 ynvanda yerləşən "Meh" kafesidir. Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcək."OLAYLAR"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31