Dünyanın ən böyük şirkətində rüşvət qalmaqalı

Dünyanin ən böyük şirkəti olan və illik qazancı təxminən 400 milyard dollar civarında olan Amerikaya məxsus mağazalar şəbəkəsi Wall Mart Meksikada yeni mağazalar açmaq üçün yerli hökümətə rüşvət verməkdə ittiham olunur. New York Times qəzetində yer alan bu xəbərdə əsas şahid kimi şirkətin keçmiş işçisi Serxio Cicero Zapata göstərilib. Serxionun sözlərinə görə bu məsələdən şirkətin sahibləri Voltonlar ailəsi də xəbərdar olub, lakin bunun qarşısını almaq üçün heç bir tədbir görməyib. Xəbərdə o da vurğulanıb ki, rüşvət məqsədi ilə 24 milyon dollar pul xərclənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31