İran təşviş içərisində

Suriyada Əsəd hakimiyyətinin tədricən məğlubiyyətə uğraması və İranın vurulma zamanının yaxınlaşması Tehranda ciddi narahatçılıq yaradıb. "OLAYLAR"-ın trthaber.com-a istinadən verdiyi xəbərə görə,  regionda baş verən son proseslərdən əndişəyə düşən İran xarici işlər naziri Əli Əkbər Salehini Türkiyəyə gözlənilməz səfərə göndərib.. Səfər zamanı İran xarici işlər nazirinin türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcəyi bildirilir. Bir neçə saat davam edəcək səfər zamanı iranlı nazir Türkiyə təmasları zamanı Suriyada baş verən son proseslər, eləcə də ölkəsinin nüvə proqramı məsələsini müzakirə edəcək
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31