ARDNŞ 2012-ci ilin iyul ayında 17414 metr qazma işi həyata keçirib

2012-ci ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17414 metr qazma işi həyata keçirib. Dövlət Neft Şirkətindən "Azadinform"a verilən məlumata görə, bu sahədə görülmüş işlərin 15546 metri istismara, 1868 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 330 metri struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-iyul aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 89769 metr qazma işi görülüb ki, bunun da 84897 metri istismara, 4872 metri kəşfiyyata (o cümlədən, 1980 metr struktur axtarış qazması) aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31