Qara qızıl niyə bahalaşır?

İlham Şaban: “İndi dünya iqtisadiyyatında situasiya başqa cürdür”

Son günlər qara qızılın qiyməti durmadan artmaqda davam edir. Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban "OLAYLAR"a açıqlamasında deyib ki, qara qızılın qiymətində baş verən bahalaşma əsasən ABŞ-da işsizliyin səviyyəsinin azalması ilə bağlıdır. Onun sözlərinə görə, neftə olan tələbatın artması, Nigeriyada neft kəmərlərində gündəlik neft oğurluğu ilə informasiyaların açıqlanması neftin qiymətinə təsir edən amillərdir. Neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayan İ.Şaban bildirib ki, 2008-ci ilin rekordu - 148,03 həddini və ona yaxın bir nəticəni gözləməyə dəyməz: "İndi dünya iqtisadiyyatında situasiya başqa cürdür. Məncə heç bu ilin rekordu mart ayının sonuncu həftəsində qeydə alınmış - 125 dollar həddi də ağlabatan deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31