Buğda ucuzlaşıb, qarpız bahalaşıb - STATİSTİKA
6 Avqust 2012 12:43 İqtisadiyyatİyul ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz bahalaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, birillik bitkilərin istehsalçı qiymətləri 1,7, çoxillik bitkilərin istehsalçı qiymətləri 1,8 faiz ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşıb. Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 4,1, kartofun 1,6, xiyarın 4,3, pomidorun 2,3, badımcanın 24,3 faiz ucuzlaşıb, qarpız və yemişin istehsalçı qiymətləri 13,8, baş soğanın 4,2, baş sarımsağın 3,6 faiz bahalaşıb. Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 1,9, çiyələyin 0,2, albalı və gilasın 5,2 faiz bahalaşıb, almanın istehsalçı qiymətləri 9,1, armudun 6,4, şaftalının 2,6, əriyin 1,3, alçanın 2,6, gavalı və göyəmin 0,8 faiz ucuzlaşıb.