Yük və sərnişindaşıma tarifləri artıb

2012-ci ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,5 faiz, sərnişindaşıma tarifləri isə 1,0 faiz artıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 3,3 faiz ucuzlaşıb, yerli əlaqə üzrə 8,5, tranzit üzrə 1,8, ixrac üzrə 1,2 faiz bahalaşmışıb. Beynəlxalq əlaqə üzrə sərnişindaşıma tariflərində 8,5 faiz bahalaşma müşahidə olunub. Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 1,9 faiz ucuzlaşıb, digər xarici ölkələrə isə 2,1 faiz bahalaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8 faiz bahalaşmışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31