Rusiya gəmiləri neftdən qaza keçir
4 Avqust 2012 02:04 İqtisadiyyatRusiya donanmasında çirkli və səs-küylü dizel enerji qurğularını ekoloji cəhətdən təmiz və səssiz qaz generatorları ilə əvəz etmək istəyirlər.
Rusiyanın Sənaye və Ticarət Nazirliyi gəmilərdə, o cümlədən buzqıranlarda və neft-qaz hasil edən qurğularda istifadə olunması üçün güclü elektrokimyəvi enerji qurğusu üzərində işləyir. Aqreqat təbii qaz və havanın qarışığı ilə işləyəcəkdir. Belə bir qurğunun layihəsinin və sənaye istehsalı texnologiyasının işlənib hazırlanması üçün nazirlik 390 milyon rubl ödəməyə hazırdır. Layihənin "Mülki dəniz texnikasının inkişafı" federal proqramı çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulur.Sənaye və Ticarət Nazirliyinin məlumatına əsasən, bir neçə moduldan ibarət enerji qurğusunun gücü 2-4 MBt təşkil edəcəkdi. Qaz xüsusi qablarda 15 atmosfer təzyiq altında saxlanacaqdır. Havanın verilməsi bloku, partlayış və yanğın təhlükəsizliyinin təmin olunması sistemi ayrıca nəzərdə tutulmuşdur.Yeni enerji qurğuları ilə təchiz olunmuş gəmilər ətraf mühiti daha az çirkləndirəcəkdir. Həm də onların hazırkı gəmilərdən daha qənaətcil və səssiz olacağı gözlənilir.Avropanın ekoloji tələblərinə cavab verməyən gəmilərin qitənin bəzi limanlarına daxil olması artıq qadağan edilmişdir. Hazırda gəmilərdə istifadə olunan enerji qurğularının və elektrik qüvvəsindən istifadə edən maşınların təkmilləşdirilməsi problemin həllini yalnız ləngidə bilər. Ekoloji tələblər onların yenilənməsi imkanlarını əhəmiyyətli dərəcədə geridə qoyur.Bundan başqa, müəssisədə irəlicədən görürlər ki, yeni enerji qurğuları olmasa, ölkə arktik regionun istifadəsində çətinliklərlə üzləşəcəkdir.İşin yerinə yetirilməsini Sənaye və Ticarət Nazirliyi daha gec müddətə təyin etmişdir, lakin icraçıların tələsməsi lazım gələcəkdir: çünki xaricdə bu cür texnologiyanı çox sürətlə mənimsəyirlər. Nazirliyin təmsilçiləri bildirirlər ki, 2003-2005-ci illərdə xarici ekspertlər elektrokimyəvi generatorlara əhəmiyyətli kommersiya marağının yalnız əsrimizin 20-ci illərində yaranacağını ehtimal edirdilər. Lakin hazırda bu cür qurğular xaricdə geniş təcrübə-istismar mərhələsini keçir. Buna görə də, yük və sərnişindaşıma üzrə dünya dəniz nəqliyyatında fəal iştirakını təmin etmək Rusiya üçün vacibdir.AzərTac