Avtomoibil bazarında təklif artıb

Bаzarda orta qiymət 15770 dollar təşkil edib

2012-ci ilin mart ayı ərzində аvtomobil bazarında aparılan monitorinqin nəticələrinə görə, bazarda dinamikanın artımı müşahidə olunub.  Bu məlumat "OLAYLAR"a "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən daxil olub.  Məlumatda qeyd olunub ki, 2012-ci ilin əvvəlindən təklifin ili köhnə avtomobillər hesabına kəskin artım tendensiyası taksilərə tətbiq olunması gözlənilən yeni qaydalarla bağlı yenidən müşahidə olunmağa başlamış, xaricdən idxal olunan köhnə avtomobillərin təklif portfelindəki payı isə artımla müşahidə olunmuşdur. Mart ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında artım qeydə alınmışdır. Ay ərzində bazarda təklif 3.3% artmışdır. Təklifin tələbi üstələmə tendensiyası davam etmiş, ötən aylarla müqayisədə avtomobil bazarında tələbin artımı müşahidə olunmuşdur. Tələbin artımı və bazarda dinamikanın artımı qiymətə təsir göstərməmişdir. Mart ayı üçün bаzarda orta qiymət əvvəlki ayda olduğu kimi 15770 dollar təşkil edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31