SKMF 7 aya 127,9 milyon güzəştli kredit verib
3 Avqust 2012 15:37 İqtisadiyyat2012-ci ilin7 ayı ərzində Sahibkarlığı Kömək Milli Fondunun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1546 investisiya layihəsinin maliyyələşdirilib. Bu barədə "OLAYLAR"a fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib. Onun sözlərinə görə, həmin layihələrin maliyyələsdirilməsinə 127,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 6400-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. 2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 332 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 32 layihənin maliyyələşdirilməsinə 48,8 milyon manat güzəştli kredit verilib. Bu layihələrdən 13-ü, o cümlədən 4 müasir istixana, 3 müasir quşçuluq təsərrüfatı, 3 müasir çörək zavodu, 1 yeyinti sənayesi məhsulları istehsalı müəssisəsi, 1 ət emalı müəssisəsi və 1 mebel fabriki istifadəyə verilib. Bakı ətrafı kənd və qəsəbələrdə müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin inşası ilə yanaşı, müasir texnologiyalara əsaslanan çörək istehsalı müəssisələrinin də yaradılması nəzərdə tutulub. Dövlətin güzəştli kreditləri hesabına Azərbaycanda illik istehsal gücü 156,3 min ton olan 14 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 13,1 mln. manat, o cümlədən Bakı ətrafı kənd və qəsəbələr üzrə illik istehsal gücü 123,5 min ton olan 8 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 6 mln. manatadək güzəştli kredit verilib. Şirzad Abdullayev bildirib ki, tikintisinə başlanmış iri çörək istehsalı müəssisələrindən olan "Xəzri TN" MMC tərəfindən müasir texnologiyaların tətbiqi ilə Əhmədli qəsəbəsində gündəlik istehsal gücü 140 ton çörək istehsalı olan zavodun inşasına Fond tərəfindən ilkin mərhələdə 1 mln. manat güzəştli kredit ayrılıb