Torpaq bazarında aktivlik müşahidə edilib

Qiymət indeksi 239.8 bəndindən artaraq 250.6 bəndində qərarlaşıb

2012-ci ilin mart ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. Bu məlumat "OLAYLAR"a "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən daxil olub. Daxil olan məlumata görə,  mart boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə doğru genişlənməkdə davam etsə də, tikintinin tempində aktivlik müşahidə edilib. Bazara təklif olunan ümumi 761,6 ha torpaq sahəsinin 79,6%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin sayının çox olmasına baxmayaraq aparılan söküntü işləri ilə bağlı, xüsusilə də şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə söküntüyə məruz qalan mənzil və fərdi yaşayış evlərinin hesabına torpaq sahələrinə tələbin artımı bazarda təklif üzrə orta qiymət artımına təsir göstərmişdir. Torpaq bazarında qiymət indeksi 239.8 bəndindən artaraq 250.6 bəndində qərarlaşıb.Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası mart ayında tikinti tempinin artımı hesabına bir qədər də dərinləşmişdir. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə artım qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən müsbətə doğru dəyişib. Mart ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə artım qeydə alınıbdır. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14234 $/sot səviyyəsindən 4,5% artaraq 14875 $/sot təşkil etmiş və il yarım əvvəl qeydə alınmış göstəricini ötüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31