Avro məkanın işsizlər ordusu
3 Avqust 2012 06:27 İqtisadiyyatDünyada tüğyan edən maliyyə böhranı avrozona ölkələrində işsizlərin sayının durmadan artmasına səbəb olmuşdur. İyunda işsizlərin sayı 11, 2 faiz artmışdır. Bu barədə Eurostat Avropa Statistika İdarəsi məlumat yaymışdır.Məlumatda bildirilir ki, avro məkanında iş qabiliyyətinə malik 17,8 milyon insan işsizdir. Tək bir ayda 123 min nəfər işsizlər ordusina əlavə olunmuşdur. Son 12 ayda 2,2 milyon avropalı daimi iş yerini itirmişdir.Avrozona məkanındakı işsizlərin sayının Yunanstan, İspaniya, Portuqaliya və İtaliya kimi ölkələrdə daha çox olduğu bildirilmişdir.Avrozona ölkələrində əmək qabiliyyətinə malik olan hər dörd nəfərdən biri işsizdir. İşsizlərin arasında gəncələr üstünlük təşkil edirlər. Avrozona ölkələrində gənclərin 52, 8 faizi işlə təmin olunmaq arzusu ilə yaşayır.Avropalı ekspertlərin fikirincə 2013-cü ildə avrozonada işsizlərin sayı daha 12 faiz artacaqdır. (AzərTAc).