Mağazalarda saxta mallar tüğyan edir

Dövlət Xidməti monitorinqləri davam etdirir

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Yasamal rayonunda Z.Xəlilov küçəsi, ev 30A, mənzil 43 ünvanında yerləşən "Abbas market"də; Sabunçu rayonunda Maştağa qəsəbəsində Anar Ağəliyevə və Rüfət Kazımova məxsus mağazalarda; Binəqədi rayonunda  Biləcəri-Binəqədi yolundakı "Bizim market"də; -Bakı-Şamaxı yolunda yerləşən "Körpü market"də; -Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 22 ünvanındakı "Kral market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Yasamal rayonunda
-Z.Xəlilov küçəsi, ev 45, mənzil 3 ünvanında Yamən Quliyevə məxsus mağazada;
-H.Məcidov küçəsi, ev 14, mənzil 39 ünvanında yerləşən "Nuran market"də;
- Zərgərpalan küçəsi, ev 43 ünvanında Rüfət Cəfərova məxsus mağazada;
-Ə.Əhmədov küşəsi, ev 38C ünvanında Xəyal Ələkbərova məxsus mağazada;
Sabunçu rayonunda Maştağa qəsəbəsində Balamirzə Məmmədova və Natalya Smolinaya məxsus mağazalarda; Binəqədi rayonunda Binəqədi şosesində yerləşən "Xəzər market"də və "Grand market"də; Biləcəri qəsəbəsindəki "Süleyman market"də və "Davud market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanmışdır.  Sabunçu rayonunda Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 55 ünvanında Cəbrayıl Süleymanova məxsus mağazada; Yasamal rayonunda H.B.Zərdabi prospekti, məhəllə 3153 ünvanında yerləşən "Ləzzət market"də normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Sumqayıt şəhərində 2-ci məhəllə, ev11/12-nin qarşısında Səfərəli Seydəliyevə məxsus mağazada; Abşeron rayonunda Masazır qəsəbəsi, Ə.Vahid küçəsində Anar Sədiyevə məxsus mağazada; Masazır yolunda Vaqif Heydərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilmişdir.
Gədəbəy şəhərində M.Ə.Rəsulzadə küçəsində Ədalət Tağıyevə məxsus mağazada; Füzuli rayonunda Horadiz şəhərində Əli Abdullayevə məxsus mağazada; Masallı şəhərində 20 Yanvar küçəsində Gülməmməd Rzayevə məxsus mağazada; Xaçmaz şəhərində N.Nərimanov küçəsində Samirə Əhmədovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkar olunmuşdur.
Ümumilikdə, monitorinqlər zamanı 360 kq-a yaxın ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. 
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31