Yalançı endirim kampaniyalarına inanmayın!
1 Avqust 2012 20:52 İqtisadiyyatBakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, ev 24 ünvanında Natəvan Rəsulovaya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Yeni kolleksiya, 70% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilmişdir. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilmişdir.
Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanmışdır.
Qanunsuz reklamın yayımının dayandırılması barədə Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31