Məmurlara xarici banklarda pul saxlamaq qadağan edilir
1 Avqust 2012 20:43 İqtisadiyyatRusiya Dövlət Dumasında ölkə məmurılarına xaricdə mülk almaq, banklarda pul, xarici kompaniyalarda qiymətli kağızları saxlamağı qadağan edən qanun layihəsi hazırlanır. Bu qanun layihəsi qüvvəyə minərsə, deputatlara da şamil ediləcək. "OLAYLAR" "İnterfax"a istinadən xəbər verir ki, qanun layihəsi "Korrupsiyaya qarşı mübarizə haqqında"Federal Qanuna dəyişikliklər edilməsini də nəzərdə tutur. Qanun layihəsində məmurlara hal-hazırda xaricdə olan mülklərinin, bank hesablarının və səhmlərinin Rusiya banklarına köçürülməsi üçün müddət təyin edir. 2013-cü ilin iyununa qədər onlar xaricdəki hesablarını bağlamalı və mülklərini satmalıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31