"Nokia" Finlandiyada mobil telefon istehsalını dayandırır
İstehsalın dayandırılması nəticəsində 780 nəfər işdən azad ediləcək
1 Avqust 2012 19:15 İqtisadiyyatFinlandiyanın Salo şəhərində yerləşən "Nokia" şirkətinin mobil telefon istehsalı üzrə fabriki bu ilin sentyabrında işini dayandıracaq. Müəssisə "Nokia"nın Finlandiyadakı yeganə istehsalat sahəsidir və son telefon aparatı burada iyulun 25-də buraxılıb.
İstehsalın dayandırılması nəticəsində 780 nəfər işdən azad ediləcək. Lenta-nın məlumatına görə, şirkət işdən azad ediləcək əməkdaşlarına xüsusi dəstək proqramını təklif etmək niyyətindədir.
Xatırladaq ki, "Nokia" istehsalın Şərqi Asiyaya koçürülməsi planları ilə fevralda bölüşmüşdür. 2012-ci ildə şirkət həmçinin Almaniya və Kanadada elmi-tədqiqat mərkəzlərini bağlayıb. Bu addımla şirkət 2013-cü ilin sonuna 2 milyard dollara qənaət etmək niyyətindədir.