2012-ci ildə dünya bazarında notbuk proqnozu
26 Aprel 2012 16:57 İqtisadiyyat"Digitimes Research"in proqnozuna görə, 2012-ci ilin 2-ci rübündə dünyada notbuk təchizatının ümumi həcmi 55 milyona çatacaq. Ekspertlər hesab edirlər ki, bu rəqəm 2012-ci ilin birinci rübü və 2011-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 17,6% və 9,6% artacaq.
"Olaylar"ın verdiyi məlumata görə, bu barədə dailycomm.ru saytı məlumat yayıb. Ən iri notbuk istehsalçısı kimi Hewlett-Packard hələ də öz yerini qoruyub saxlasa da, bu ilin nəticələrinə görə HP məhsullarının sayının 10 milyon artacağı gözlənilir. Növbəti yeri 8,425 milyon qurğu sayı ilə "Lenovo" və 7,4 milyon leptopla "Acer" şirkəti tutur. Bundan başqa aparıcı istehsalçıların siyahısına "Asustek Computer", "Dell", "Toshiba", "Apple" və "Samsung" şirkətləri də daxil olacaq. Mütəxəssislər hesab edirlər ki, bütövlükdə 2012-ci ildə dünya bazarında notbukların sayı 236 milyona çatacaq.