Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara təklif etdiyi kredit müqabilində nə istəyir?

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qax rayonunun İlisu kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qax rayonu üzrə sahibkarlıq subyektlərində müasir quşçuluq təsərrüfatının yaradılması, kiçik və orta həcmli meyvə emalı müəssisələrinin yaradılması, müasir çörək istehsalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu nəzərdə tutulub. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31