“Qırmızı Körpü”də 2000-dən artıq avtomobil saxlanılıb

Sərhəddən Azərbaycana keçid dayandırılıb

Gürcüstan-Azərbaycan sərhəddində avtomobillərin hərəkəti dayandırılıb. "OLAYLAR"ın məlumatına görə, sərhəddə "Qırmızı Körpü" adlanan ərazidə 2000-dən artıq avtomobil saxlanılıb. Avtomobillərin nə məqsədlə sərhəd keçid-məntəqəsəində saxlanılmasının səbəbi məlum deyil. Səhər saatlarından etibarən Gürcüstan sərhəddinə çatan avtomobillər Azərbaycan tərəfə keçə bilməyiblər. Sərhəddə saxlanılan avtomobil sürücüləri bildirirlər ki, sərhəddən buraxılmamalarının səbəbləri açıqlanmır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31