«Mercedes-Benz» liderliyini qoruyur
27 İyul 2012 18:00 İqtisadiyyat2012-ci ilin iyun ayı ərzində avtomobil bazarında təklif 1.7% artıb. Lakin tələbin və dinamikanın artımı qiymətə təsir göstərməyib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, iyun ayı üçün bazarda orta qiymət əvvəlki ayda olduğu kimi qalıb (16 200 manat). Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saхlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payında may ayı ilə müqayisədə 1,3% artım müşahidə edilib, bu markanın ümumi portfeldə payı 35% təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin artımı baş verib. Təklif üzrə ən çox artım (3.2%) "VAZ" avtomobillərində qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi "Mercedes-Benz" ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.