Süd və süd məhsulları yoxlanılacaq

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ərzaq mağazalarında satışda olan süd və süd məhsullarının monitorinqini aparacaq.Bu barədə APA-ya mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, yoxlamalara avqust ayının 1-dən başlanacaq. İ. Adbullayev deyib ki, monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılacaq. Analizlərin aparılması üçün həmin məhsullardan 100-dək nümunə götürüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31