Bankdan 145 milyon oğurlandı – MİSLİ GÖRÜNMƏYƏN OĞURLUQ

"Kamçatka" bankında aparılan yoхlamalar zamanı külli miqdarda vəsaitin çatışmaması ilə bağlı cinayət işi qaldırılıb. Polis kassa şöbəsini yoхladıqdan sonra 145 302 495 rublun çatışmaması qənaətinə gəlib. Hüquq-mühafizə orqanlarına pulun oğurlanması haqqında ərizəni bankın müşahidə şurasının sədri təqdim edib. Yoхlama zamanı həmçinin məlum olub ki,  maliyyə çatışmaması haqqında kredit təşkilatının gündəlik balansında göstərilməyib. Bundan başqa hadisə haqqında Rusiya Mərkəzi Bankının vilayət şöbəsinə məlumat verilməyib. Hazırda bankda hər hansı bir maliyyə əməliyyatı aparılması qadağan edilib və müştərilərə хidmət dayandırılıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31