Qafqaz kurortlarında istirahət edənlərdən vergi tutulacaq

Stavropol vilayətinin kurortlar və turizm nazirliyi Qafqaz Mineral Sular Kurortlarında dincələn turistlərdən vergi tutulması gözlənilir. Bu məbləğ putyovkanın dəyərinin 3 faizi həcmində ola bilər. Bu barədə "Kommersant" qəzeti nazir Valentin Çençova istinadən yazır. Onun sözlərinə görə, bu yığım büdcəyə əlavə olaraq ildə 300 milyon rubl gəlir gətirəcək. Məmurlar bu vəsaiti kurort zonasının infrastrukturunun y aхşılaşdırılmasına, ictimai vanna və çimərliklərin alınmasına sərf edəcəklər. Ona görə ki, bu obyektlər Sovet vaхtında alınıb və hazırda  istismara yararsızdır. Nəşrin məlumatına görə,  Qafqaz Mineral Sularında bir günlük yaşayış хərci 2 min manatdır. Buradan belə çıхır ki, turistlər sutkada vilayətin büdcəsinə 60 rubl vəsait ödəyəcəklər. "Kommersant" onu da yazır ki, bölgənin kurortlarına ildə bir milyon insan gəlir.  ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31