Xarici inşaat materialları ucuzlaşıb

Yerli məhsullar isə bahalaşıb

İyun ayında tikinti materialları bazarında aktivlik və satış həcmi mövsümi amillərlə əlaqədar olaraq artsa da, orta bazar qiymətlərində azalma müşahidə edilib. İyun ayı əsasən Rusiyadan idxal edilən dikt və dəmir materiallarının qiymətində  azalma qeydə alınıb. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, qiymət düşməsi dikt materiallarının bütün növlərində və dəmir materiallarında  baş verib. Yerli istehsal üzrə isə bəzi tikinti materiallarında qiymət artımları müşahidə edilib. "Baku Steel Company" şirkətinin istehsalı olan armaturun tonu ötən aydakı 785 manata qarşı 0,6% artım təşkil edərək 790 manat olub. Dəmir katinka da eyni artımla ötən aydakı 0,25 qəpiyə qarşı 12% artım təşkil edərək 0,28 qəpiyə çatıb. Digər materiallar üzrə satış qiymətləri cüzi dəyişikliklərlə ötən ayda olduğu kimi davam etsə də, iyunda qiymətlər əvvəlki aya nisbətdə 0,31% azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31