ARDNŞ Xəzər dənizində monitorinq aparıb

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi Xəzərin Azərbaycan sektorunda "Neft Daşları" NQÇİ-nin "Palçıq Pilpiləsi" yatağında ekoloji monitorinq aparıb. Trend-in məlumatına görə, bu barədə idarənin cümə axşamı yaydığı məlumatda deyilir.Məlumata görə, monitorinq "MPK-452" gəmisi vasitəsilə həyata keçirilib.Monitorinq müddətində Xəzər dənizinə təsir edən parametrlərin müəyyənləşdirilməsi üçün yatağın 15 seçilmiş stansiyasından dəniz suyu, zooplankton, fitoplankton və dib çöküntüsü nümunələri götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31