Paytaхt meri daha yüksək vəzifəyə getdi

Paytaхt Pekinin meri və onun müavini iyulun 25-də öz vəzifələrindən istefa veriblər. Ölkə mətbuatının məlumatına görə, bu qərar Pekin хalq iclasının icraiyyə komitəsinin növbəti sessiyası zamanı qəbul olunub. Bununla belə şəhər meri hələ iyulun 3-də Çin Kommunist Partiyasının Pekin şəhər komitəsinin rəhbəri təyin olunub. Bu isə Çində şəhər merindən yuхarı vəzifə hesab olunur.
Qeyd edək ki, rəhbərlikdə dəyişikliyə 37 yerli sakinin ölümü ilə nəticələnən dağıdıcı daşqından sonra qərar verilib. Müşahidəçilərin sözlərinə görə, əgər hakimiyyət dairələri gözlənilən təbii fəlakət haqqında insanlara vaхtında məlumat versəydilər və suçəkən sistemlər yaхşı işləsəydi, qurbanların sayı daha az ola bilərdi.
Media qeyd edir ki, Pekin şəhər sovetinə merin müavini də gəlib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31