12 297 əcnəbi fərdi uçot sistemində qeydiyyata alınıb
26 Aprel 2012 14:18 İqtisadiyyat2012-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12 297 nəfər təşkil edir. Fondun ictimaiyyətlə əlaqələr sektorundan "Olaylar"a verilən məlumata görə, ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən coxdur. Belə ki, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ilk yerdə qərarlaşan Türkiyə vətəndaşlarının sayı 7149 nəfər, ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1483 nəfər, üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə 653 nəfər təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31