71 min daşınmaz əmlak üzərində mülkiyyət hüququ tanınıb
25 İyul 2012 14:38 İqtisadiyyat2012-ci ilin yanvar-iyun ayları ərzində respublika üzrə 71 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bunlardan 21 minə yaxını ilkin, 50 mindən çoxu isə təkrar qeydiyyat olub.
Bununla yanaşı hesabat müddətində 16 minə yaxın ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 51,5 min məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 14 minə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib. 2012-ci ilin yanvar-iyun ayları ərzində 67 min daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və 71 min daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31