6 ayda 270 əmlak icarəyə verilib
25 İyul 2012 14:36 İqtisadiyyatCari ilin altı ayı ərzində 270-ə yaxın daşınmaz dövlət əmlakı hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, əvvəllər bağlanmış və müqavilə müddəti başa çatmış 537 obyekt üzrə icarə müqaviləsinin müddəti uzadılıb. 2012-ci ilin yanvar-iyun aylarında 229 obyektin torpaq sahəsi icarəyə verilib. Qeyri-yaşayış sahələrinin və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 2,4 mln. manat vəsaitin daxil olması təmin edilib. 2012-ci il 1 iyul vəziyyətinə 6384 hüquqi şəxs statuslu dövlət müəssisələri və onların 6491 filiallarının malik olduğu 140153 daşınmaz əmlakları barədə məlumatlar Registrdə qeydiyyata alınıb.