“Sovet maşınları” hərraca çıxarılacaq
25 İyul 2012 14:34 İqtisadiyyatƏmlak Məsələləri Dövlət Komitəsi 22 avqust 2012-ci il tarixində respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını elan edib. Komitədən "Olaylar"a daxil olan məlumata görə, siyahıya əsasən sovet istehsalı olan artomobillər daxildir. Avtonəqliyyat vasitələrinin markası əsasən VAZ-21065, VAZ-2106, VAZ-21074, QAZ-3110-121, UAZ-31514, VAZ-21063, QAZ-3110-101-dən ibarətdir. Start qiymətlər 784-1810 manat arasında dəyişir. Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31