Dövlət müəssisələri hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi 14 avqust 2012-ci il tarixində  respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını elan edib. "Olaylar"ın Komitənin rəcmi saytına istinadən verdiyi məlumata görə, sözügedən müəssisə və obyektlər respublikanın müxtəlif rayon və şəhərlərini əhatə edir. Hərraca çıxarılacaq müəssisə və obyektlər sırasında  Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsində yerləşən Çörək və çörək məmulatları hazırlanması sexinin anbar binası(start qiyməti 5265 man), Sumqayıt şəhəri, İnşaatçılar küçəsi, 55-də yerləşən  1 nömrəli avtomobillərə texniki xidmət sahəsi (start qiyməti 2565 man), Sumqayıt şəhəri, 53-cü məhəllə, 9B-də yerləşən abtoyuma sexi, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 149-da yerləşən 6 saylı uşaq bağçası ( start qiyməti 1103 man) var. Hərraclar Bakı şəhərində Hərracların Təşkili üzrə Auksion Mərkəzi, digər şəhər və rayonlarda isə yerli hərrac komissiyaları tərəfindən keçiriləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31